Tramp: “Çinlə ticarət sazişi tezliklə imzalanacaq”
Dünya
30.10.2025 09:45
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdən sonra bildirib ki, Vaşinqton və Pekin arasında ticarət sazişinin imzalanması yaxın vaxtlarda baş tuta bilər.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlama verib:
“Düşünürəm, çox yaxında. Artıq ciddi maneələr qalmayıb”, — deyə o qeyd edib.
Prezidentin sözlərinə görə, əsas problem Çinin nadir torpaq metalları ilə bağlı ixrac məhdudiyyətləridir. ABŞ lideri vurğulayıb ki, Pekin bu istiqamətdə addımlar atacağı təqdirdə Vaşinqton Çin məhsullarına tətbiq edilən idxal rüsumlarını yumşalda bilər.
Trampın dediyinə görə, söhbət samariy, qadoliniy, terbiy, disprozium, lütesium, skandium və ittrium kimi nadir elementlərin ixrac nəzarətinin aradan qaldırılmasından gedir. Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ Çindən “qarşılıqlı addımlar” gözləyir, çünki Pekinin mövcud siyasəti Vaşinqtonu qane etmir.
Xatırladaq ki, Tramp bundan əvvəl Çinlə fentanil maddəsinin ixracı ilə bağlı yaranan gərginlik səbəbindən tətbiq edilən bəzi rüsumları azaldıb.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp ,Çin ,Si Cinpin,Todaypress.tv,
