Tramp Çinə səfər edə bilər

Dünya

17.09.2025 16:49

"ABŞ Prezidenti Donald Trampın Pekinə dövlət səfəri ilə bağlı danışıqlar "son mərhələdə"dir. Əsas müzakirə mövzusu isə Amerika mallarının Çin tərəfindən toplu şəkildə alınmasıdır".

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Mənbələrə görə, Tramp Çinə səfərini oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən əvvəl və ya sonra həyata keçirə bilər.

Bu danışıqlar Tramp ilə Çin Prezidenti Si Cinpin arasında telefon danışığından əvvəl başlayıb.

Tramp Madriddəki danışıqları uğurlu adlandırıb, çünki iki tərəf Çin sosial şəbəkəsi "TikTok"la bağlı çərçivə razılaşması əldə edib.

Hesabatda həmçinin bildirilir ki, müzakirələr zamanı kritik minerallar və fentanil məsələləri də gündəmə gətirilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: AB,Tramp,Çin,Səfər,Todaypress.tv,