Tramp avstraliyalı jurnalistlə mübahisə etdi
Dünya
17.09.2025 14:05
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə avstraliyalı jurnalistlə şəxsi sərvəti barədə mübahisə edib və gələn həftə BMT Baş Assambleyası çərçivəsində Avstraliya Baş naziri Entoni Albanez ilə görüşəcəyini təsdiqləyib.
TodayPress TV “Bloomberg”ə istinadən xəbər verir ki, jurnalist Trampdan postuna qayıtdıqdan sonra varidatının artıb-artmadığını soruşub.
“Bilmirəm, biznesi övladlarım idarə edir. Mənim bağladığım əksər sövdələşmələr əvvəlki dövrlərə aiddir”,- deyə Tramp cavab verib.
Jurnalist onun aktiv biznes fəaliyyəti ilə məşğul olmasının nə dərəcədə düzgün olduğunu soruşanda Tramp əsəbləşib:
“Siz Avstraliyaya zərər vurursunuz. Tezliklə lideriniz mənimlə görüşməyə gələcək və mən ona sizdən danışacağam. Siz çox xoşagəlməz ton tutdunuz”.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Jurnalist,Mübahisə,Todaypress.tv,