Suriyada Məclisdəki deputatların sayı artırılır
Dünya
28.07.2025 10:13
Suriyada 61 illik Bəəs rejiminin devrilməsindən sonra ölkənin 14 vilayətini təmsil edəcək yeni Xalq Məclisinin formalaşdırılması üçün hazırlıqlar davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.
Yeni hüquqi tənzimləməyə əsasən, məclisdə vilayətlərin təmsilçilik faizi 2011-ci il əhalinin siyahıyaalınma nəticələrinə uyğun şəkildə yenidən müəyyən olunacaq.
Bu çərçivədə məclisdəki deputat yerlərinin sayı 150-dən 210-a qədər artırılacaq. 210 deputat yerindən, 70-i isə birbaşa prezident tərəfindən təyin olunacaq.
Xalq Məclisi Seçkiləri üzrə Ali Komitənin rəhbəri Məhəmməd Taha Əl-Əhməd bildirib ki, seçki təqviminin icrasına dair müvəqqəti fərmanın imzalanmasından sonra alt komitələr bir həftə ərzində formalaşdırılacaq. Bu komitələr 15 gün ərzində seçki şuralarını müəyyənləşdirəcək və namizədlik mərhələsi də məhz bundan sonra başlayacaq.
Qeyd olunub ki, seçkilərin 15-20 sentyabr tarixləri arasında keçirilməsi planlaşdırılır. Seçki orqanlarında qadınların minimum 20% iştirakını təmin etmək məqsədilə də ayrıca işlər aparılır. Əl-Əhməd, seçki prosesinin Ali Seçki Komissiyasının nəzarəti və koordinasiyası ilə həyata keçiriləcəyini və namizədlərin siyahısına və seçki nəticələrinə etiraz hüququnun təmin olunacağını da vurğulayıb. Bildirilib ki, prosesdə beynəlxalq müşahidəçilər də iştirak edəcək.
Töhfə Səməd
tag: Suriya,Bəəs,Xalq Məclisi,Deputat,Todaypress.tv,