Starmer nüfuzunu sürətlə itirir

Dünya

04.07.2025 10:59

Böyük Britaniyanın Baş naziri Kir Starmer rəhbərlik etdiyi Leyboristlər Partiyasında nüfuzunu sürətlə itirməkdədir. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Bildirilir ki, 4 iyulda Leyborist hökumətinin ilk ildönümü sönük atmosferdə keçəcək. Partiya hazırda rəy sorğularında sağçı populist İslahat Partiyasından geri qalır. Dövlət xəstəxanalarındakı uzun növbələrin azaldılması, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və mənzil böhranının aradan qaldırılması hələ də yerinə yetirilməyib.

Jurnal Starmerin partiya daxilindəki mövqeyinin bu həftə daha da zəiflədiyini yazır. Belə ki, 49 Leyborist deputat hökumətin sosial rifah xərclərini azaldacaq qanun layihəsinin əleyhinə səs verərək onun geri götürülməsinə nail olub.

Türkan İsgəndərli

tag: Britaniya,Leyborist,Partiya,Starmer,Todaypress.tv,