Sibiqa: "Ukrayna ABŞ-dən əlavə "Patriot" sistemləri istəyib"
Dünya
30.06.2025 15:56
Ukrayna yaxın vaxtlarda tərəfdaşlarından, o cümlədən ballistik raketləri vura bilən "Patriot" sistemləri daxil olmaqla, əlavə hava hücumundan müdafiə sistemləri alacağını gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, təkcə Ukrayna üçün deyil, ümumilikdə transatlantik təhlükəsizlik üçün də ciddi təhdiddir.
Nazir bildirib ki, Rusiya qəsdən mülki obyektlərə hücum edərək əhali arasında qorxu və çaxnaşma yaratmağa çalışır. Məhz bu səbəbdən Ukrayna üçün hava hücumundan müdafiənin gücləndirilməsi əsas prioritetlərdən biridir.
“Biz alman tərəfdaşlarımıza göstərdikləri dəstəyə görə minnətdarıq və əlavə müdafiə sistemləri alacağımıza ümid edirik”, – deyə o bildirib.
Türkan İsgəndərli
tag: Ukrayna,Patriot,Ballistik,Nazir,Todaypress.tv,