Si Cinpin liderlər ilə danışıqlar aparır

Dünya

31.10.2025 10:00

Cənubi Koreyada Asiya-Sakit Okean regionu liderlərinin illik toplantısı başlayıb. Burada əsas rolu Çin Xalq Respublikasının Sədri Si Cinpin oynayır.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Tarixi Kyoncu şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Si Cinpin Kanada, Yaponiya və Tailand liderləri ilə danışıqlar aparıb.

Əldə edilən razılaşma nadir torpaq elementlərinə yeni ixrac məhdudiyyətlərinin tətbiqini dayandırıb və bu, qlobal ticarətdə gərginliyi müvəqqəti olaraq azaldıb.

Qeyd edək ki, APEC regionun 21 ölkəsini birləşdirir. Onun məqsədi ticarət maneələrini azaltmaq və investisiyaları stimullaşdırmaqdır. 2025-ci ildə müzakirələr logistika və istehsal zəncirlərinin gücləndirilməsinə yönəlib.

Aysel Mətləb

TodayPress TV

tag: Si Cinpin,Liderlər,Görüş,Müzakirə,Todaypress.tv,