Serbiyada etirazçılar polisə hücum etdi
Dünya
03.07.2025 09:47
Serbiyanın paytaxtı Belqradda baş verən tələbə etirazları zamanı iştirakçılar polis əməkdaşlarına hücum ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Serbiya Danas" məlumat yayıb.
Rəsmi məlumata görə, hadisə Kral Aleksandr bulvarı ilə Ruzveltovaya küçəsinin kəsişməsində baş verib. Polis əməkdaşları nizamı pozan bir şəxsi saxlayarkən, etirazçılar onlara hücum ediblər.
Nəticədə bir polis əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib. Aksiya iştirakçıları polis maşınına da ziyan vurublar. Bir nəfər hadisə yerində saxlanılıb, hazırda insidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Belqradda son günlər tələbə və vətəndaş etirazları artır. Aksiyalar əsasən hökumət siyasətinə qarşı yönəlib və müxtəlif sosial, iqtisadi tələbləri əhatə edir.
Türkan İsgəndərli
tag: Serbiya,Belqrad,Etiraz,Tələbə,Polis,Todaypress.tv,