Rusiyanın hücumu nəticəsində Kiyev dəmir yolu zədələndi

Dünya

04.07.2025 09:42

Rusiya ordusu Kiyev şəhərinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində paytaxtın dəmir yolu infrastrukturuna ciddi ziyan dəyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Ukrzaliznytsia" məlumat yayıb.

Məlumata görə, Rusiya atəşi nəticəsində Kiyev şəhəri daxilində yerləşən dəmir yolu obyektləri zədələnib. Nəticədə qərb istiqamətində hərəkət edən sərnişin qatarlarının marşrutları dəyişdirilərək Vışneve və Darnitsa stansiyaları üzərindən yönləndirilib. Bu dəyişikliklər qatarların hərəkətində 2 saata qədər gecikmələrə səbəb olur.

"Ukrzaliznytsia" yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib və bərpa işlərinin tam sürətlə davam etdiyini bildirib. 

Türkan İsgəndərli

tag: Kiyev,Rusiya,Ukrayna,Dəmir yolu,Todaypress.tv,