Rusiya və İran diplomatik əlaqələri gücləndirir
Dünya
15.07.2025 12:30
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi iki ölkə arasında müxtəlif səviyyələrdə yeni təmaslar barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tyançzin şəhərində keçirilən nazirlər toplantısından sonra məlumat yayıb.
“Nazirlər qarşıdakı dövrdə müxtəlif səviyyələrdə təmasların baş tutması barədə razılığa gəliblər”, – deyə Rusiya XİN-in açıqlamasında bildirilib.
Görüş zamanı tərəflər həmçinin İranın nüvə proqramı ətrafındakı böhranın yalnız siyasi-diplomatik vasitələrlə və beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin vacibliyini vurğulayıblar.
Nazirlik qeyd edib ki, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsini davam etdiriblər.
Qiymət Mahir
tag: Rusiya ,İran ,Sergey Lavrov,Abbas Əraqçi,Todaypress.tv,