Rusiya: Nüvə sazişi üçün praktik kömək göstərməyə hazırıq

Dünya

11.06.2025 11:57

Rusiya İranla ABŞ arasında nüvə proqramı üzrə razılaşma əldə olunması üçün həm siyasi, həm də texniki səviyyədə dəstək verməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva İranın artıq ehtiyac duymadığı nüvə materiallarının ölkədən çıxarılmasını və onların atom reaktorları üçün yanacağa çevrilməsini təşkil edə bilər.

Ryabkov qeyd edib ki, hələ də razılıq üçün imkanlar tükənməyib:

“Sanksiyalarla bağlı və İrana qarşı irəli sürülən iddialara dair həm müvəqqəti, həm də qismən olsa da, ortaq həll yolları tapmaq üçün səyləri artırmaq lazımdır”.

Diplomat əlavə edib ki, Tehran dialoq üçün açıq mövqe nümayiş etdirir və Rusiya bu prosesi həm təşəbbüslərlə, həm də konkret texniki addımlarla dəstəkləməyə hazırdır.

Qiymət Mahir

tag: Rusiya,Ryabkov,ABŞ,İran,Nüvə,todaypress.tv,