Rusiya ATƏT-i maliyyələşdirməyəcək

Dünya

09.09.2025 10:22

“Rusiya ancaq özünə uyğun olan siyasi məhsulun əvəzini ödəyəcək”. 

TodayPress TV xəbər verir ki, bunu “RİA”ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

Diplomat Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2026-cı il büdcəsinə vəsait ayırıb-qoşmayacağı sualına belə cavab verib:

"Rusiya Federasiyası yalnız ehtiyac duyduğu məhsulların dəyərini ödəməyə hazırdır. Bununla yanaşı, Rusiya dəfələrlə bəyan edib ki, ATƏT-in fəaliyyəti hazırda tamamilə iflic vəziyyətdədir və bu, Qərb ölkələrinin Ukrayna məsələsinə dair müzakirələri arxa plana keçirmək cəhdləri ilə əlaqədardır”.

XİN nümayəndəsi hesab edir ki, ATƏT dəyişən geosiyasi reallıqlara uyğunlaşarsa, yəqin ki, gələcəkdə müəyyən şansları olacaq.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,ATƏT,Maliyyə,Yardım,Todaypress.tv,