Rusiya alimlərindən kəşf: Dolu yağmasının qarşısını almağın üsulu tapıldı
Dünya
04.05.2026 08:00
Rusiyalı alimlər dolu yağdıran buludlarla mübarizə üçün xüsusi raket hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Federal Əqli Mülkiyyət Xidmətinin ("Rospatent") bazasında yerləşdirilib.
İxtira haqqında verilən rəsmi açıqlamada bildirilir: "Bu ixtira atmosfer şəraitinin dəyişdirilməsinə, daha dəqiq desək, meteoroloji dolu əleyhinə raketlərə aiddir. Raket dolu yağıntılarının qarşısını almaq və ya dolu buludlarına aktiv təsir göstərmək üçün nəzərdə tutulub".
Alimlərin izahına görə, raket həddindən artıq soyumuş buluda dəydikdə, kristallaşma mərkəzlərini buludun daxilində bərabər şəkildə paylayır. Nəticədə, nəhəng dolu dənələri əvəzinə, normal yağıntı kimi yerə düşən kiçik buz kristalları əmələ gəlir. Bu proses dolunun yaranmasının qarşısını almağa və təsərrüfata dəyə biləcək zərəri minimuma endirməyə kömək edir.
tag: Dolu,Rusiya,Alim,Kəşf,Todaypress.tv,
