Qrossi: "AEBA-nın İranın nüvə silahı hazırlaması barədə məlumatı yoxdur"
Dünya
30.10.2025 11:37
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) direktoru Rafael Qrossi bildirib ki, agentliyin İranın nüvə silahı hazırlaması barədə heç bir məlumatı yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
"Siz onların nüvə silahı hazırlamağa davam etdikləri barədə bizdə hər hansı məlumatın olub-olmadığını soruşdunuz. Xeyr, bu doğru deyil və heç vaxt da olmayıb", - deyə Qrossi jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib.
AEBA-nin baş direktoru, həmçinin bildirib ki, İran ölkəyə qarşı beynəlxalq sanksiyaların bərpasına baxmayaraq, nüvə silahının yayılmaması rejimi çərçivəsində qalmağa hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani AEBA ilə əməkdaşlıq təklifi gələrsə, onu nəzərdən keçirəcəyini bildirmişdi.
Aysel Mətləb
tag: Ria,Agentlik,Atom,Rafael,Todaypress.tv,
