Qəzzada 2 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşir

Dünya

21.07.2025 09:19

Fələstinin HƏMAS hərəkatı bildirib ki, İsrailin davam etdirdiyi blokada nəticəsində Qəzza zolağında 2 milyondan çox insan aclıq riski altındadır. 

TodayPress TV xəbər verir ki, onların arasında 650 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir.

HƏMAS İsraili aclığı "soyqırım aləti" kimi istifadə etməkdə günahlandırıb və beynəlxalq ictimaiyyəti blokadanı dayandırmağa çağırıb. İsrail ordusu isə bu iddiaları təkzib edərək, HƏMAS-ı yalan məlumat yaymaqda ittiham edib.

2023-cü ilin oktyabrında HƏMAS İsrailə hücum etdikdən sonra bölgədə vəziyyət daha da gərginləşib. İsrail cavab olaraq Qəzzanı tam blokadaya alıb və humanitar yardımların keçidini dayandırıb. 2025-ci ilin martından bu yana bölgəyə heç bir yardım daxil olmayıb.

Türkan İsgəndərli

tag: Fələstin,HƏMAS,İsrail,Qəzza,Todaypress.tv,