Qətər: İsrail-HƏMAS arasında razılığa gəlmək vaxt aparacaq
Dünya
08.07.2025 16:31
İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşma əldə etmək vaxt tələb edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Qətər rəsmiləri bildiriblər.
Qətərin Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari deyib ki, hələlik danışıqların nə vaxt başa çatacağı ilə bağlı konkret vaxt demək mümkün deyil.
O qeyd edib ki, proses davam edir və tərəflərlə ayrı-ayrılıqda məsləhətləşmələr aparılır, lakin hələlik detallı məlumat verilmir.
Xatırladaq ki, iyulun 6-da İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada danışıqları bərpa ediblər. Məqsəd Qəzzada atəşkəsə nail olmaq və israilli girovların azad edilməsidir.
Türkan İsgəndərli
tag: Misir,İsrail,HƏMAS,Qətər,Todaypress.tv,
Slovakiya “Sülh Şurası”na qoşulmaqdan imtina etdi
28.01.2026
Slovakiya Nazirlər Kabineti ABŞ-nin təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”na hələlik qoşulmamaq qərarı verib.T...
ÜST işçilərini ixtisar edəcək
02.02.2026
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ və Argentinadan maliyyələşdirmənin kəsilməsi səbəbindən işçilərini ixtisar edib.To...
İrana qarşı əməliyyatda ABŞ-nin 415 hərbçisi yaralandı
20.04.2026
ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri 415 amerikalı hərbi qulluqçu yaralanıb.TodayPress TV xəbər verir...
Ərdoğan: “Türkiyə münaqişəyə cəlb olunmamaq üçün tədbirlər görür”
13.03.2026
Türkiyə bütün təhdidlərə qarşı durmağa hazırdır və İran ətrafındakı münaqişəyə cəlb olunmamaq üçün lazımi tədbirləri gör...
Kamala Harris 2028-ci il prezident seçkisində iştirak edəcək
10.04.2026
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci ildə keçiriləcək prezident seçkisində yenidən iştirak edə biləcəyi...
Britaniya İrana qarşı sanksiyalar tətbiq etdi
29.09.2025
Böyük Britaniya Tehranın nüvə proqramının qarşısını almaq səyləri çərçivəsində İranla əlaqəsi olan 71 fiziki və hüquqi ş...
Britaniyalıların 80 faizi ölkənin vəziyyətini acınacaqlı hesab edir
28.08.2025
Böyük Britaniya vətəndaşlarının böyük əksəriyyəti ölkənin hazırkı vəziyyətini mənfi qiymətləndirir.TodayPress TV xəbər v...
Zelenski: “Orban Moskva ilə razılığa gəlməlidir”
24.02.2026
“Rusiyanın hücumu Macarıstana “Drujba” kəməri ilə neft tədarükünün kəsilməsinə səbəb olub. Budapeşt tədarükü davam etdir...
Suriyada yeni valyuta tədavülə buraxılacaq
25.12.2025
"Suriyanın yeni valyutası dövriyyəyə buraxılacaq və bu, yeni iqtisadi mərhələ olacaq".TodayPress TV ”Türkiye" qəzetinə i...
Ukraynada silahlı şəxs "McDonald’s" restoranını ələ keçirdi
07.08.2025
Ukraynanın Çerkassi şəhərində avqustun 7-də günorta saatlarında silahlı şəxs "McDonald’s" restoranını ələ keçirib. ...
