Polşada yeni ədliyyə naziri kütləvi kadr dəyişikliyi edir

Dünya

31.07.2025 16:21

Polşanın yeni ədliyyə naziri və Baş prokuroru Valdemar Zurek vəzifəyə başladıqdan dərhal sonra hakimlər və nazirlik əməkdaşlarını kütləvi şəkildə işdən çıxarmağa başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Polsat" telekanalı məlumat yayıb.

Zurek bildirib ki, yalnız islahatlara sadiq və təxribat törətməyəcək şəxsləri işə götürmək niyyətindədir. Onun sözlərinə görə, əsas məqsədi “qanunun aliliyini bərpa etmək” və ədliyyə sistemində səmərəli dəyişikliklər aparmaqdır.

Telekanalın məlumatına görə, nazir vəzifəsinin ilk günlərində 46 məhkəmə sədri və sədr müavinini, eləcə də Ədliyyə Nazirliyinin 9 əməkdaşını vəzifəsindən azad edib.

Xatırladaq ki, iyulun 23-də Baş nazir Donald Tusk Valdemar Zureki Ədliyyə Naziri və Adam Bodnarı Baş Prokuror vəzifəsinə təyin edib. Bu dəyişikliklər Polşada ədliyyə sistemində ciddi islahatların başlanğıcı kimi qiymətləndirilir.

Türkan İsgəndərli

tag: Polşa,Baş nazir,Zurek,Tusk,Todaypress.tv,