Polşa ABŞ-yə görə 2 milyard dollar itirəcək

Dünya

29.07.2025 12:40

Polşanın Baş naziri Donald Tusk bildirib ki, ABŞ-nin Avropa mallarına tətbiq etdiyi yeni gömrük rüsumlarına görə Polşa təxminən 2 milyard dollardan çox itki ilə üzləşə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial media hesabında yazıb.

Baş nazir qeyd edib ki, bu zərərə baxmayaraq, ABŞ və Aİ arasında razılaşma tamamilə ticarət müharibəsindən daha yaxşıdır.

Onun sözlərinə görə, rüsumlar artıq qüvvəyə minib və əvvəl təklif olunandan aşağı olsa da, bu vəziyyət müsbət sayıla bilməz.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen razılaşıblar ki, ABŞ Avropa mallarına 15% rüsum tətbiq edəcək, Aİ isə ABŞ məhsullarına əlavə vergi qoymayacaq.

Əvvəllər ABŞ bu rüsumları 30% etməyi planlaşdırırdı. Tramp bu razılaşmanı tarixin ən böyük ticarət razılaşmalarından biri adlandırıb.

Türkan İsgəndərli

tag: Polşa,Tusk,ABŞ,Tramp,Todaypress.tv,