Pezeşkian: "İran nüvə proqramından əl çəkməyəcək"

Dünya

23.07.2025 17:08

İran prezidenti Məsud Pezeşkian 12 günlük münaqişədən sonra İran və İsrail arasında atəşkəsin qeyri-sabit olduğunu bildirib və hər an yeni hərbi toqquşmanın baş verə biləcəyini istisna etməyib.  

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. 

"Biz İsrailin hər hansı yeni hərbi addımına tam hazırıq və silahlı qüvvələrimiz İsrailin dərinliklərinə zərbə endirməyə qadirdir", - deyə o bildirib. 

Pezeşkian ABŞ-nin İranın zərbələri nəticəsində İsrailin ciddi zərər görmədiyi barədə iddialarını da təkzib edib. Əksinə əsas itkilərin İsrail tərəfində olduğunu vurğulayıb. 

İran prezidenti həmçinin ölkəsinin nüvə proqramını davam etdirəcəyini, lakin bunun beynəlxalq hüquq çərçivəsində həyata keçiriləcəyini bildirib.  

Aysel Mətləb

tag: İran,Məsud Pezeşkian,İsrail ,ABŞ,Todaypress.tv,