Pentaqonun qərarı Konqresdə narazılıq yaratdı

Dünya

04.07.2025 10:04

ABŞ müdafiə naziri Pit Heqsetin Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarı Konqres üzvlərinin və Dövlət Departamentinin təmsilçilərinin kəskin etirazına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, Haqsetin Ukraynaya qarşı dəfələrlə səsləndirdiyi tənqidi fikirlər onun bu qərarı siyasi məqsədlərlə, dəstəyi formal şəkildə dayandırmaq üçün istifadə etdiyini düşünməyə əsas verir.

“Bu, həm Respublikaçılar Partiyasında qəzəb, həm də Kapitoli təpəsində çaşqınlıq yaradıb”, – deyə Konqresdəki mənbə qəzetə bildirib.

Qeyd olunur ki, Pentaqonun bəzi döyüş sursatlarının göndərilməsini xəbərdarlıq etmədən dayandırması nəinki ABŞ Konqresində, həm də Dövlət Departamentində və Avropadakı müttəfiqlər arasında ciddi təəccüb doğurub.

Qiymət Mahir

tag: Respublikaçılar ,Kapitoli ,Ukrayna,ABŞ ,Todaypress.tv,