Paşinyanın kortejinin sürücüsü hamilə qadını öldürdü
Dünya
30.07.2025 11:29
Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejindəki avtomobili idarə edən Aram Navasardyan 2022-ci ildə hamilə Sona Mnatsakanyanın ölümünə səbəb olan qəza ilə bağlı təqsirli bilinib.
TodayPress TV xəbər verir ki, bu barədə mərhumun ailəsinin vəkili Raffi Aslanyan məlumat verib.
Vəkilin sözlərinə görə, sürücü nəqliyyat vasitəsindən istifadə qaydalarının pozulmasında və ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda təqsirli sayılıb. Sürücünün təqsiri sübuta yetirilsə də, ona veriləcək cəza əlavə məhkəmə dinləmələrində müəyyən ediləcək.
Aslanyan qeyd edib ki, zərərçəkən tərəf məhkəmənin qərarından razıdır, çünki onların arqumentləri nəzərə alınıb.
“Hadisə zamanı köhnə Cinayət Məcəlləsi qüvvədə idi və həmin məcəlləyə görə Navasardyanın 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir. Yeni Cinayət Məcəlləsində isə bu əmələ görə 2 ildən 5 ilə qədər cəza nəzərdə tutulur. Lakin yeni məcəllə daha sərtdir, buna görə də köhnə məcəllə tətbiq ediləcək və cəza daha yüngül ola bilər”, - deyə vəkil əlavə edib.
Hazırda Aram Navasardyanın barəsində seçilmiş “ölkəni tərk etməmə” qətimkan tədbiri qüvvədə qalır.
Töhfə Səməd
tag: Ermənistan,Nikol Paşinyan,Kortej,Aram Navasardyan,Todaypress.tv,