Paşinyan: "Ermənistan 20 ildən sonra Avropa Birliyinə üzv olacaq"

Dünya

16.07.2025 16:35

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 20 ildən sonra Avropa İttifaqına (Aİ) üzv olacağına dair fikir səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

“Mən hesab edirəm ki, 20 ildən sonra Ermənistan Avropa İttifaqının üzvü olacaq”, - deyə siyasətçi İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

***
14:38

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzv olmaq istədiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, mətbuat konfransında çıxışı zamanı “İnterfaks” agentliyinə açıqlama verib.

Paşinyanın sözlərinə görə, Ermənistanda qəbul edilən qanun Aİ-yə üzvlük prosesinin başlandığını göstərir və bu, ölkənin quruma üzv olmaq niyyətini təsdiqləyir:

“Avropalı tərəfdaşlarımızdan tez-tez eşidirik: bu qanun Aİ-yə üzv olmaq istədiyimizi bildirirmi? Cavab: bəli, Ermənistan Avropa İttifaqının üzvü olmaq istəyir”.

O, bu yolun asan olmadığını, Aİ standartlarına uyğunlaşma və bütün üzv dövlətlərin razılığı kimi tələblərin olduğunu da vurğulayıb.

Qiymət Mahir

tag: Ermənistan,Baş nazir, Nikol Paşinyan,Avropa İttifaqı,Todaypress.tv,