Pakistana sığınan əfqan ailələrin bir qrupu Almaniyaya gətirildi

Dünya

02.09.2025 09:00

Almaniyada yeni hökumətin fəaliyyətə başlamasından sonra qəbul icazəsi almış əfqan ailələrinin ilk qrupu ölkəyə gətirilib. 45 nəfərdən ibarət bir neçə ailə Pakistanın paytaxtı İslamabaddan Hannoverə gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Spiegel”  məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda Pakistanda Almaniyaya qəbul icazəsi olan təxminən 2100 əfqan qalmaqdadır. Hökumət xüsusi risk altında olan əfqan vətəndaşların qəbul proqramını may ayında dayandırmışdı. İndi bəzi ailələrin Almaniyaya daxil olmasına səbəb onların Almaniya məhkəmələrində qaldırdıqları iddiaların təmin edilməsidir. Məsələ Pakistan hakimiyyətinin aralarında Almaniyaya qəbul icazəsi almış bəzi şəxslərin də olduğu əfqanları öz ölkələrinə deportasiyasına başlaması ilə daha təcili xarakter alıb.

tag: Almaniya,Pakistan,Miqrant,yerləşdirmə,Todaypress.tv,