Nepalda "Gen-Z" fəallarından siyasi islahat çağırışı
Dünya
10.09.2025 10:50
Nepalda "Gen-Z" nəsli fəallarının öncülük etdiyi etiraz hərəkatı geniş siyasi islahatlar tələb edir.
TodayPress TV xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Bildirilir ki, fəallar ölkə konstitusiyasının dəyişdirilməsi və ya yenidən yazılması, habelə Nümayəndələr Palatasının dərhal buraxılmasını istəyirlər.
Onlar, həmçinin təhsil, səhiyyə, ədliyyə, təhlükəsizlik və rabitə sistemlərinin tam şəkildə yenidən qurulmasını, son 30 ildə qeyri-qanuni yollarla əldə olunmuş əmlakın araşdırılaraq milliləşdirilməsini tələb edirlər.
Bəyanatda qeyd olunur ki, islahatların məqsədi daha şəffaf, ədalətli və gənclərin səsini nəzərə alan bir siyasi sistemin qurulmasıdır.
Qeyd edək ki, etirazlar nəticəsində Katmandu və digər şəhərlərdə gərginlik yaşanıb, Baş nazir Şarma Oli isə istefa vermək məcburiyyətində qalıb.
Türkan İsgəndərli
tag: Nepal,Etiraz,İslahat,Gen-Z,Todaypress.tv,