NATO sammitində maliyyə dəstəyi ön planda olacaq
Dünya
11.06.2025 09:30
NATO-nun qarşıdan gələn sammitində Ukraynanın hərbi alyansa üzv olması məsələsinə toxunulmayacaq. Bunun əvəzində, Ukraynaya göstərilən dəstək xərclərinin ümumi müdafiə büdcəsinə daxil edilməsi təşəbbüsü müzakirə olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi NATO sənədlərinə istinadla yazıb.
Məlumata görə, alyans üzvlərinin ümumi müdafiə xərcləri üçün hədəf 5% ÜDM olaraq müəyyən edilib. Bu məbləğin 3,5%-i əsas müdafiə ehtiyaclarına, 1,5%-i isə kibertəhlükəsizlik, infrastruktur və mülki hazırlığa yönəldilməlidir.
Agentlik bildirib ki, sammit çərçivəsində Ukraynaya yardım üçün ayrılan vəsaitin də bu yeni hədəflərə daxil edilməsi nəzərdən keçiriləcək. Bu, iyunun sonunda keçiriləcək NATO liderlərinin görüşündə qərara bağlana bilər.
Maraqlıdır ki, sənəddə əvvəlki sammitlərdə ön planda olan Ukraynanın alyansa mümkün üzvlüyü perspektivinə bu dəfə ümumiyyətlə toxunulmayıb.
Qiymət Mahir
tag: NATO,Ukrayna,ÜDM,Sammit,todaypress.tv,