NATO Rusiyanın mövqelərini zəiflətmək üçün aktiv münaqişələrdən istifadə edir
Dünya
19.07.2025 19:30
Şimali Atlantika Alyansı ölkələri Rusiyanın mövqelərini zəiflətmək üçün hər yerdə, xüsusilə nizama salınmamış ərazi mübahisələri və davam edən hərbi qarşıdurmaların olduğu regionlarda səylərini artıracaq.
TodayPress TV xəbər verir ki, bu fikri "TASS"a müsahibəsində 2014-2020-ci illərdə ATƏT Baş katibinin hərbi məsələlər üzrə xüsusi müşaviri olmuş və hazırda ehtiyyatda olan İsveçrə Silahlı Qüvvələrinin general-mayoru Ralf Bossxard bildirib.
O deyib ki, NATO Rusiyaya müxtəlif istiqamətlərdən meydan oxumağa çalışacaq, zəif nöqtələrini aşkara çıxararaq uzunmüddətli perspektivdə mövqelərini zəiflətmək məqsədi daşıyır. Alyans ölkələrinin əsas diqqəti nizama salınmamış münaqişələrin mövcud olduğu bölgələrə yönələcək ki, bunlar arasında Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Krım da var.
Bossxard Ukraynada mümkün atəşkəsin şərtlərinin əhəmiyyətini də xüsusi vurğulayıb.
Töhfə Səməd
tag: Şimali Atlantika Alyansı,Rusiya,ATƏT,İsveçrə ,Todaypress.tv,