NATO hərbi təlimlərə başladı

Dünya

05.09.2025 05:38

Baltik dənizində Almaniya hərbçilərinin rəhbərliyi ilə “Quadriga” adlı beynəlxalq hərbi təlimlər keçirilir.

TodayPress TV  xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata əsasən, təlimlərdə ABŞ, Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla, NATO-nun 14 ölkəsindən 8 mindən çox hərbi qulluqçu iştirak edir. Bundesverin rəhbərliyi altında 40 gəmi, 20 təyyarə və 1 800-dən çox texnika prosesə cəlb olunub.

Sentyabrın 4-də keçirilən mərhələdə Almaniyanın Rostok limanından Litvanın Klaypedasına bərə ilə hərbi texnikanın daşınması məşq edilib. Texnika korvet, minaaxtaran gəmilər, helikopterlər və polis qüvvələrinin müşayiəti ilə təyinat məntəqəsinə aparılıb. Əməliyyatı Almaniya komandanlığı və digər ölkələrdən olan zabitlər izləyiblər.

Təlimlər zamanı hərbçilər pilotsuz uçuş aparatlarını və ekipajsız qayıqları zərərsizləşdirmə üzrə məşqlər də keçiriblər. Manevr zonasında “Eurofighter Typhoon” qırıcıları da müşahidə olunub.

“Quadriga” təlimlərinin dəqiq bitmə tarixi açıqlanmayıb, lakin onların bir neçə həftə davam edəcəyi bildirilir.

TodayPress TV

tag: NATO,Baltik,Təlim,Hərbi,Todaypress.tv,