Misir Muzeyində 3000 illik qızıl bilərzik itkin düşdü
Dünya
17.09.2025 17:33
Misirin 21-ci sülaləsinin fironu Amenemhepin dövrünə (e.ə. 1070-945) aid olan, "sferik lapis lazuli muncuqları" ilə bəzədilmiş 3000 illik qızıl bilərzik Qahirədəki Misir Muzeyinin bərpa laboratoriyasından yoxa çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə muzeydən açıqlama verilib.
Məlumata görə, onun itkin düşməsi əşyaların yoxlanışı zamanı aşkarlanıb.
Misir Mədəni İrsi Nazirliyi laboratoriyada daxili araşdırmalar başladıldığını və ölkənin bütün hava limanları, dəniz limanları, o cümlədən sərhəd-keçid məntəqələrində qədim əşyalar xidmətlərinin hazır vəziyyətə gətirildiyini bildirib.
Qeyd edək ki, Misir Muzeyində Kral Amenemopenin məşhur qızıl maskası da daxil olmaqla 170,000-dən çox eksponat qorunur.
Türkan İsgəndərli
tag: Misir,Qahirə,Bilərzik,Tarixi,Todaypress.tv,