Məşhur bankda problem yarandı
Dünya
31.07.2025 16:10
Böyük Britaniyada milyonlarla istifadəçi tərəfindən istifadə edilən "Lloyds Bank" mobil tətbiqi ciddi texniki problemlə üzləşib.
TodayPress TV "Metro" portalına istinadla xəbər verir ki, 31 iyul səhər saatlarından etibarən istifadəçilər tətbiqə daxil ola bilmədiklərini bildiriblər və şikayətlərin sayı sürətlə artıb.
Şikayətlərin təxminən 60 faizi mobil bankçılıqla bağlı problemlərlə bağlıdır. Bir çox istifadəçi tətbiqin açıldıqdan dərhal sonra bağlandığını qeyd edib.
Bankın mətbuat xidməti baş verənlərə görə üzr istəyib və problemi mümkün qədər tez aradan qaldırmaq üçün işlərin görüldüyünü bildirib.
Xatırladaq ki, bu yaxınlarda Böyük Britaniyada hava hərəkətinə nəzarət sistemində baş verən texniki nasazlıq da 100-dən çox reysin ləğvinə səbəb olmuşdu.
Türkan İsgəndərli
tag: Bank,Texniki problem,Lloyd,Britaniya,Todaypress.tv,