Malta Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketinə qarşı çıxdı
Dünya
16.07.2025 11:12
Slovakiya ilə yanaşı Malta da Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.
Yeni sanksiyalar Rusiyanın üçüncü ölkələrə neft ixracından daha az gəlir əldə etməsinə yönəlib. Buraya Rusiya neftinə qiymət məhdudiyyəti və onu yüksək qiymətlərlə daşıyan gəmiçilik şirkətlərinə qadağalar daxildir.
Diplomatların sözlərinə görə, Malta neftin qiymət həddinin çox aşağı salınacağı təqdirdə, gəmiçilik şirkətlərinin ciddi maliyyə itkiləri ilə üzləşəcəyindən narahatdır.
Bundan əvvəl Aİ Rusiya ilə əlaqəli doqquz şəxsə və altı təşkilata, o cümlədən Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsinə və BRICS Jurnalistlər Assosiasiyasına qarşı sanksiyalar tətbiq edib.
Türkan İsgəndərli
tag: Slovakiya,Malta,Aİ,Rusiya,Todaypress.tv,