Maduro: "ABŞ Venesuelaya hücum üçün reputasiyamızı ləkələyir"
Dünya
09.09.2025 13:07
Venesuelanın Prezidenti Nikolas Maduro ABŞ-nin ölkəsinə qarşı hücum planlarını reallaşdırmaq üçün onun nüfuzunu zədələməyə çalışdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "RT" telekanalına müsahibə verib.
Maduro qeyd edib ki, hazırda Karib dənizində, Venesuela sahillərində səkkiz esmines yerləşdirilib. Bu, 1962-ci ildə Kubaya qarşı tətbiq olunan blokadadan sonra, Kuba Raket Böhranından sonra ilk belə hadisədir.
Xatırladaq ki, sentyabrın 2-də ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin 11 üzvünün məhv edildiyini açıqlayıb. Tramp Venesuelanın narkotik ticarəti ilə mübarizədə kifayət qədər tədbir görmədiyini bildirib.
Buna cavab olaraq Maduro bildirib ki, Venesuela ötən əsrdə ABŞ-nin ən ciddi işğal təhlükəsi ilə üzləşib və bu səbəbdən 25 min əsgər səfərbər edilib. Prezident ölkəsinin təhlükəsizliyini qorumaq üçün hərəkətə keçdiyini vurğulayıb.
Türkan İsgəndərli
tag: Venesuela,Maduro,Müdafiə,ABŞ,Todaypress.tv,