Lyayen Avropa Komissiyasının sədri postunu itirə bilər

Dünya

03.07.2025 10:19

Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq səsverməsinə baxmağa hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Etimadsızlıq təşəbbüsünün müəllifi ifrat sağçı rumıniyalı deputat Corc Piperea olub. O, Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) fraksiyasının üzvü və Rumınların Birliyi Alyansı (AUR) partiyasının rəhbəridir.

Piperea ilkin olaraq 74 deputatın imzası ilə təşəbbüs irəli sürüb. Sonradan bəzi deputatlar imzalarını geri çəksələr də, o bildirib ki, imzalayanların sayı 79-a çatıb. Bu da məsələnin Avropa Parlamentinin gündəliyinə daxil edilməsi üçün kifayətdir.

Təşəbbüs müəllifi fon der Lyayeni COVID-19 pandemiyası dövründə Pfizer şirkətinin baş direktoru Albert Bourla ilə peyvəndlərlə bağlı apardığı gizli yazışmalara görə ittiham edir. Onun sözlərinə görə, bu yazışmalar şəffaflıq prinsiplərinə ziddir.

Qeyd edək ki, Ursula fon der Lyayen 2024-cü ildə Avropa Komissiyasının sədri postuna ikinci müddətə namizədliyini irəli sürüb.

Türkan İsgəndərli

tag: Aİ,Lyayen,Avropa,Səsvermə,Todaypress.tv,