Luvr oğruları: Fransada üçüncü şübhəli tutuldu

Dünya

30.10.2025 11:33

Fransada Luvr muzeyinin oğurlanması işi üzrə üçüncü şübhəli saxlanılıb.

TodayPress TV xəbər verir ki,  "BFMTV" telekanalının məlumatına görə, həmin şəxs oktyabrın 29-u axşam Parisin yaxınlığında tutulub və 30 oktyabrda polis nəzarətindədir.

Bundan əvvəl Fransa polisi daha iki şübhəlini yaxalamışdı: onlardan biri 26 oktyabrda Əlcəzairə uçmaq istəyərkən Ruassi aeroportunda, digəri isə Parisin Senta-Sen-Deni (Seine-Saint-Denis) bölgəsində saxlanılmışdı.

İş üzrə ümumilikdə dörd nəfər axtarılır. Luvr muzeyində qalan qiymətli eksponatlar təhlükəsizlik məqsədilə Fransa Bankının anbarına köçürülüb.

Qeyd edək ki, hadisə oktyabrın 19-da səhər saatlarında baş verib. Quldurlar “Apollon Qalereyası”na daxil olaraq muzeyin doqquz qiymətli zinət əşyasını oğurlayıblar.

Qiymət Mahir

TodayPress TV

tag: Fransa,Luvr ,Ruassi ,Paris,Todaypress.tv,