Livan prezidenti silahlı qrupları tərksilaha çağırdı

Dünya

31.07.2025 13:47

Livan Silahlı Qüvvələrinin yaradılmasının 80 illiyi münasibətilə çıxışında bildirib ki, Livan torpaqlarında müharibə və qan tökülməsinə son qoymaq üçün bütün qeyri-hökumət silahlı qruplar tərksilah edilməlidir.

TodayPress TV xəbər verir ki, bu sözləri Livan prezidenti, general Cozef Aun bildirib.

“Artıq həqiqət saatı gəlib. Livanı dağılmaqdan xilas etmək üçün bu fürsəti qaçırmamalıyıq. Bütün tərəflər, o cümlədən Hizbullah, əllərindəki silahı Livan ordusuna təhvil verməlidirlər", – deyə prezident vurğulayıb.

Aunun sözlərinə görə, bu addım Livan ərazisi üzərində tam suverenliyin bərpasına şərait yaradacaq. O, İsrailə qarşı mübarizə aparan qüvvələri dövlətə və orduya arxalanmağa çağırıb.

Prezident əlavə edib ki, Livan hakimiyyəti ölkənin xilasına biganə yanaşanlara qarşı sərt mövqe sərgiləyəcək.

Türkan İsgəndərli

tag: Livan,Hizbullah,İsrail,Aun,Todaypress.tv,