Litvanın Baş naziri istefa verdi

Dünya

31.07.2025 12:39

Litvanın Baş naziri Gintautas Palukası korrupsiya qalmaqalından sonra siyasi gələcəyi ilə bağlı qərar verməsi üçün prezident Gitanas Nauseda tərəfindən iki həftəlik müddət verilmişdi. Lakin o, bu müddəti tamamlamadan istefa verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "LRT" dövlət başçısına istinadla məlumat yayıb.

“Palukas bu səhər zəng edərək istefasını mənə çatdırdı”, - deyə Litva lideri bildirib.

Məlumata görə, Palukas təkcə Baş nazir postundan deyil, eyni zamanda Litva Sosial-Demokrat Partiyasının sədrliyindən də istefa verib.

Ölkə prezidenti əlavə edib ki, hazırda ölkənin siyasi həyatında əsaslı bir dəyişiklik baş vermir, lakin Palukasın istefa qərarını gecikmiş addım kimi qiymətləndirib.

“Bu, yeganə düzgün qərar idi və o, bu fürsətdən istifadə etdi”, - deyə Nauseda əlavə edib.

Qeyd edək ki, Litvada baş verən qalmaqal baş nazirin yaxınlarına məxsus şirkətə Mərkəzi Bankdan güzəştli kredit verilməsi və onun paytaxt bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə mübahisəli daşınmaz əmlak alışı ilə bağlıdır.

Töhfə Səməd 

tag: Litva,Baş nazir,İstefa,Gintautas Palukas,Todaypress.tv,