Lavrov danışıqlarda Avropanın iştirakının zəruriliyini dəyərləndirdi
Dünya
17.09.2025 15:38
"Avropa ölkələrinin hazırkı mövqeyi ilə Ukraynanın danışıqlar masasına oturması arasında heç bir əlaqə yoxdur".
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafında vəziyyətin nizamlanması mövzusunda səfirlikdə keçirilən dəyirmi masada deyib.
O, Avropa ölkələrini “özlərinə yer qazanmaq” niyyətində ittiham edib və vurğulayıb ki, onların bəyan etdiyi mövqedən və revanşist planlarından başqa danışıqlar masasında heç nə yoxdur.
Lavrov həmçinin qeyd edib ki, Kiyev münaqişənin həlli ilə bağlı ABŞ-nin hazırkı siyasətini sabotaj etməyə çalışır.
Nazir onu da bildirib ki, Vaşinqtonun yeni administrasiyası münaqişənin əsas səbəblərini tanıyır və həllin vacibliyini anlayır.
Jalə Rövşən
tag: Lavrov,Avropa,Rusiya,Ukrayna,Todaypress.tv,