Konqoda güclü yağışlar nəticəsində 29 nəfər həyatını itirdi

Dünya

16.06.2025 17:46

Konqo Demokratik Respublikasının (KDR) Daxili İşlər Nazirliyi son iki gündə ölkədə baş verən güclü yağışlarla bağlar nəticəsində 29 nəfər həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik rəsmi açıqlama yayıb.

Açıqlamada paytaxt Kinşasanın xüsusilə Ngaliema bölgəsi başda olmaqla 8 inzibati rayonda çoxsaylı evlərin su altında qaldığı, həmçinin əhəmiyyətli infrastruktur dağıntılarının baş verdiyi bildirilib.

Nazirlik 15 iyun tarixində fövqəladə toplantı keçirildiyini, sel və torpaq sürüşmələrinin yaratdığı fəsadların qiymətləndirilməsi üçün nazirlərarası fövqəladə komissiya yaradıldığını da diqqətə çatdırıb.

Yerli mətbuatın məlumatına görə, güclü yağışlar nəticəsində bir çox yaşayış məntəqələrində torpaq sürüşmələri və daşqınlar baş verib, əsas yollar nəqliyyat üçün yararsız hala düşüb.

Təbiət hadisələrinin baş verdiyi ərazidə yağışların yaxın günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, təxminən 18 milyon nəfər əhalisi olan Kinşasada hər il sel fəlakətləri, infrastrukturun zəifliyi və şəhərsalmanın yetersizliyi səbəbilə insan tələfatları müşahidə olunur.

Töhfə Səməd

tag: Konqo ,Sel,Leysan,Daşqın,todaypress.tv,