Karapetyan Ermənistan hökumətinə qarşı qalib gəldi
Dünya
23.07.2025 15:19
Rusiyalı iş adamı Samvel Karapetyan və ailəsi, Ermənistan hökumətinə qarşı “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsi ilə bağlı başladılan təcili arbitraj işində qələbə qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Karapetyanın Müdafiə Şurasının rəsmi səhifəsində yayımlanıb.
Qeyd olunur ki, iş Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunda Ermənistan və Kipr hökumətləri arasında 1995-ci ildə imzalanmış investisiyaların qorunması haqqında sazişə əsasən başladılıb. Arbitrajda Ermənistan hökumətinin nümayəndəsi də iştirak edib.
2025-ci il iyulun 22-də arbitraj Ermənistan hökumətinə “Ermənistanın Elektrik Şəbəkələri” QSC-yə yeni qanunların tətbiqini dayandırmağı əmr edib. Həmçinin şirkəti dövlətin növbəti addımlarından qorumağa dair qərar qəbul olunub.
Bəyanatda vurğulanır ki, arbitraj Ermənistanın hərəkətlərinin “Ermənistan və Kipr arasında investisiyaların qarşılıqlı qorunması haqqında sazişin pozulması riski” yaratdığını qeyd edib.
Xatırladaq ki, son vaxtlar Karapetyanın Ermənistanda siyasətlə məşğul ola biləcəyi ehtimalları da gündəmdədir. Baş nazir Nikol Paşinyan onun bu sahəyə qayıdışının mümkünlüyü ilə bağlı şərtlər irəli sürüb.
Türkan İsgəndərli
tag: Karapetyan,Ermənistan,Həbs,Məhkəmə ,Todaypress.tv,