Kamboca və Tailandın iki keçid məntəqəsi tamamilə bağlandı

Dünya

22.06.2025 15:15

Kamboca və Tailand arasında davam edən sərhəd mübahisəsi fonunda Kamboca Baş naziri Hun Manet daha iki sərhəd keçid məntəqəsinin tamamilə bağlandığını elan edib.

TodayPress TV “Xinhua”ya istinadən xəbər verir ki, Hun Manetin sözlərinə görə, Tailand ordusu iyunun 21-i gecəsi Kambocanın Oddar Meanşey əyalətinin qubernatorunu “Choub Korki” keçid məntəqəsinin birtərəfli şəkildə bağlanacağı barədə məlumatlandırıb. 

Cavab olaraq Hun Manet bu qərarı qəbul etdiklərini və həmin məntəqəni daimi bağladıqlarını bildirib.

“Bundan əlavə, Choam keçid məntəqəsinin də Choub Korki ilə birlikdə bu gündən etibarən bağlanması barədə göstəriş verdim” , – deyə o, rəsmi sosial media hesabında yazıb.

Hun Manet əlavə edib ki, 7 iyun tarixindən etibarən Tailand ordusu sərhəd-keçid məntəqələrini birtərəfli şəkildə bağlayaraq, iki ölkənin vətəndaşlarının gündəlik həyatına mənfi təsir göstərir.

“Kambocanın heç vaxt məqsədi vətəndaşlarımız üçün çətinlik yaratmaq olmayıb. Lakin əgər Tailand tərəfi bu üsulla Kambocaya təzyiq göstərməkdə israrlıdırsa, biz də buna uyğun cavab verə bilərik”, – deyə o vurğulayıb.

Qiymət Mahir

tag: Kamboca,Tailand ,Sərhəd,Məntəqə,Todaypress.tv,