İtaliya Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə hazırdır
Dünya
13.09.2025 13:45
“İtaliya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin tərəfdarıdır”.
TodayPress TV xəbər verir ki, bunu “La Stampa” qəzetinə müsahibəsində İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib.
O, qeyd edib ki, bu tədbir Moskvanı maliyyə gəlirlərindən məhrum etmək məqsədi daşıyır.
"Pul axınının qarşısını almaq lazımdır. Ona görə də biz Moskvaya qarşı yeni Avropa sanksiyalarını dəstəkləyirik", - Tajani bildirib.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işi başa çatdırır, məhdudiyyətlər Rusiya neftinin tədarükünə və bank sektoruna təsir edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da cavab olaraq əmin edib ki, Rusiya Avropa İttifaqının yeni sanksiyalarına adekvat və təsdiqlənmiş cavab verəcək.
Orxan Saffari
tag: İtaliya,Rusiya,Sanksiya,Dəstək,Todaypress.tv,