İsveçrə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşuldu
Dünya
30.10.2025 09:39
İsveçrə Federal Şurası (hökuməti) Avropa İttifaqının Rusiya Federasiyası və Belarus Respublikasına qarşı 18-ci sanksiyalar paketinə daxil olan əlavə məhdudiyyətlərə qoşulmaq barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, hökumətin rəsmi saytında yayılan məlumatda yeni tədbirlərin əsasən ticarət, maliyyə və enerji sektorlarını əhatə etdiyi bildirilir.
Məhdudiyyətlər 30 oktyabrdan qüvvəyə minəcək.
Qeyd edək ki, Avropa İttifaqı 23 oktyabrda Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib. Bu paket də enerji, maliyyə və ticarət sahələrinə yönəlib. Yeni məhdudiyyətlər çərçivəsində rus diplomatlarının hərəkətinə məhdudiyyətlər qoyulub, həmçinin Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına iki mərhələdə qadağa tətbiq ediləcək. Bununla yanaşı, Rusiya vətəndaşlarının kriptovalyuta əməliyyatları da bloklanacaq.
Qiymət Mahir
tag: İsveçrə ,Rusiya,Avropa İttifaqı ,Belarus ,Todaypress.tv,
