İsveç Ukraynaya 180 milyon dollar ayıracaq
Dünya
01.07.2025 13:01
İsveç hökuməti iqtisadi yardımların strukturunu yenidən gözdən keçirəcək və bu yolla Ukraynaya əlavə dəstək vermək üçün 1,67 milyard kron (təxminən 180 milyon dollar) vəsait ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə İsveçin Xarici Ticarət və Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq naziri Benyjamin Dusa bildirib.
Hökumət həmçinin Əfqanıstanla əməkdaşlıq proqramını və Asiya ilə regional inkişaf strategiyasını mərhələli şəkildə dayandıracaq. Bu dəyişikliklər qlobal vəziyyətin dəyişməsi fonunda həyata keçirilir.
Nazirin sözlərinə görə, Ukraynaya dəstək Avropa üçün həyati önəmlidir və Ukrayna İsveçin xarici siyasətində əsas prioritetdir.
O əlavə edib ki, İsveç ABŞ-nin yardımını tam əvəz edə bilməz, amma insanların həyatını xilas etmək üçün əlindən gələn hər şeyi edəcək.
Türkan İsgəndərli
tag: İsveç,Yardım,Ukrayna,Əfqanıstan,Todaypress.tv,