İsrail Yəməndə husi hədəflərinə zərbə endirdi
Dünya
10.06.2025 10:42
İsrailin Hərbi Dəniz Qüvvələrinə məxsus raket gəmiləri Yəmənin Hudeyda limanındakı husilərə məxsus hədəfləri vurub.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilir ki, zərbələr husilərin İsrailə qarşı raket və pilotsuz təyyarə hücumlarına cavab olaraq həyata keçirilib. Məqsəd limanın hərbi məqsədlərlə istifadəsini dayandırmaq olub.
İsrail ordusu vurğulayıb ki, Hodeyda limanı son bir ildə dəfələrlə hərbi məqsədlərlə istifadə olunub, buna görə də bölgədəki insanlara əvvəlcədən xəbərdarlıq edilib.
Ordunun məlumatına görə, Hodeyda limanı silah daşımaq və terror fəaliyyətləri üçün istifadə olunur. Hərbçilər qeyd ediblər ki, husilərin bu fəaliyyətlərinə İran rəhbərlik edir və maliyyə dəstəyi verir.
İsrail, hücumların regional sabitliyə və dəniz ticarətinə təhlükə yaratdığını bildirir.
Türkan İsgəndərli
tag: israil,Husi,Hücum,Zərbə,todaypress.tv,