İsrail XİN: Qreta Tunberq Fransaya yola düşdü

Dünya

10.06.2025 11:15

İsveçli ekofəal Qreta Tunberq İsrail ərazisini tərk edib və Fransaya yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirlik rəsmi açıqlamasında qeyd edib ki, Tunberqin ölkədən çıxışı onun şəxsi qərarı olub. Hazırda ekofəalın səfərinin məqsədi və səbəbləri ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, İsrail Qəzza zolağına doğru hərəkət edən və göyərtəsində isveçli ekofəal Qreta Tunberq də daxil olmaqla Fransa, Türkiyə, Braziliya və İsveç vətəndaşlarından ibarət 12 fəalın olduğu gəmini saxlamışdı. İsrail XİN Q.Tunberqi təxribat törətməyə cəhddə ittiham edib. Bununla belə, XİN bəyan edib ki, göyərtədəki humanitar yük real humanitar kanallar vasitəsilə Qəzzaya çatdırılacaq.

Töhfə Səməd

tag: İsveç,Ekofəal,Qreta Tunberq,İsrail,Qəzza,todaypress.tv,