İsrail Suriya və Livanla diplomatik əlaqələr qurmaq istəyir

Dünya

30.06.2025 14:08

İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, İsrail Suriya və Livanla rəsmi diplomatik münasibətlərin qurulmasında maraqlıdır.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Bununla belə, Saar bildirib ki, İsrail Colan təpələrinin sülh razılaşmasının bir hissəsi kimi danışıqlara çıxarılmasına hazır deyil. İsrail bu ərazini 1981-ci ildə rəsmi olaraq özünə birləşdirib, həmin torpaqların əksəriyyətini isə 1960-cı illərin sonunda altı günlük müharibə zamanı Suriyadan ələ keçirmişdi.

Qeyd edək ki, İsrail və Suriya nümayəndələri keçmiş prezident Bəşər Əsədin ötən ilin sonunda devrilməsindən sonra bir neçə dəfə üzbəüz görüşlər keçiriblər. Bu görüşlərin məqsədi bölgədəki gərginliyi azaltmaq olub.

Hazırda İsrailin nə Suriya, nə də Livanla diplomatik münasibətləri mövcuddur.

Töhfə Səməd 

tag: İsrail,XİN,Gideon Saar,Suriya,Livan,Todaypress.tv,