İsrail Qəzza zolağında humanitar məqsədlə gündəlik atəşkəs elan etdi

Dünya

27.07.2025 11:45

İsrail Müdafiə Ordusu bəyan edib ki, Qəzza zolağının bəzi bölgələrində humanitar məqsədlə hərbi əməliyyatlarda gündəlik taktiki fasilə tətbiq olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bu qərar 27 iyuldan etibarən hər gün Bakı vaxtı ilə saat 11:00-dan 21:00-dək qüvvədə olacaq.

Ordunun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, bu addım İsrailin siyasi rəhbərliyinin göstərişlərinə əsasən və Qəzza zolağına humanitar yardımın həcmini artırmaq məqsədilə atılıb.

Fasilənin Al-Mavasi, Deir əl-Balah və Qəzza şəhəri kimi bölgələrdə, yəni İsrail Ordusunun aktiv hərbi əməliyyatlar aparmadığı ərazilərdə tətbiq ediləcəyi qeyd olunub.

Bundan əlavə, ordudan bildirilib ki, səhər saat 07:00-dan gecə 00:00-dək BMT və digər humanitar təşkilatların ərzaq və dərman yardımı daşıyan kolonlarının təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün müəyyən təhlükəsiz marşrutlar daim açıq olacaq.

Töhfə Səməd

tag: İsrail,Qəzza,Humanitar,Yardım,Todaypress.tv,