İsrail ordusu Qəzzaya yardım mərkəzinə hücumları rədd edir
Dünya
01.06.2025 20:30
İsrail ordusu bəzi media orqanlarının əsgərlərinin Qəzza zolağında humanitar yardımın paylanması məntəqəsini atəşə tutması ilə bağlı iddialarını təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Son saatlarda Qəzza zolağında humanitar yardımın paylanması məntəqəsi ərazisində qəzzalıların hədəfə alınması ilə bağlı ordumuza qarşı ciddi ittihamlarla yanlış məlumatlar yayılıb. İlkin araşdırmanın nəticələri göstərir ki, ordumuz mülki vətəndaşları humanitar yardımın paylanması məntəqəsinin yaxınlığında və ya içərisində olarkən hədəfə almayıb və bununla bağlı yayılan xəbərlər yalandır", - deyə bildirilib.
Hərbçilər vurğulayıblar ki, ordu Qəzza sakinlərinə humanitar yardım paylayan Amerika və beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq edir. İsrail tərəfinin fikrincə, bu prosesi pozmağa yönəlmiş bütün cəhdlərə görə məsuliyyət Fələstinin HƏMAS hərəkatının üzərinə düşür. Bununla bağlı ordu medianı HƏMAS resurslarının dərc etdiyi “məlumatlara” ehtiyatla yanaşmağa çağırıb.
Töhfə Səməd
tag: İsrail ,Qəzza,HƏMAS,Zərbə,todaypress.tv,