İran ballistik raket istehsalını bərpa edir
Dünya
30.10.2025 09:03
“İran BMT sanksiyalarının bərpasına baxmayaraq, ballistik raket proqramının bərpasını intensivləşdirə bilər”.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Nəşr Avropa kəşfiyyat mənbələrinə istinadən xəbər verir ki, sentyabrın sonunda Çindən İrana natrium perxloratın bir neçə partiyası gəlib. O, İranın orta mənzilli raketlərini gücləndirən bərk yanacaq istehsalında əsas prekursordur. Bu satınalmalar İranın tükənmiş raket ehtiyatlarını bərpasının bir hissəsi ola bilər.
Qeyd edək ki, İrana ixracı qadağan edilən materiallar arasında natrium perkloratın adı yoxdur.
Xatırladaq ki, avqustun sonunda Fransa, Almaniya və Britaniya BMT-nin İrana qarşı sanksiyalarının yenilənməsi təşəbbüsü ilə çıxış edib və ABŞ bu addımı dəstəkləyib. Bu, Tehranın nüvə sazişinin şərtlərini sistematik şəkildə pozmasına və beynəlxalq öhdəliklərinə əməl etməkdən imtina etməsinə reaksiya idi. Yenilənə biləcək sanksiyalara silah tədarükünə məhdudiyyətlər, aktivlərin dondurulması və bir sıra İran rəsmilərinin beynəlxalq səyahət qadağaları daxildir.
Aysel Mətləb
tag: İran,BMT,CNN,Avropa,Todaypress.tv,
