İran: ABŞ rejim dəyişikliyi planlaşdırmadığını bildirib
Dünya
30.06.2025 12:45
İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib ki, Tehran ABŞ-nin İranda rejim dəyişikliyi planlaşdırmadığına dair məlumatı vasitəçilərdən alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "ISNA" agentliyi xəbər yayıb.
Diplomatın sözlərinə görə, ABŞ tərəfi həmçinin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı heç bir addım atmaq niyyətində olmadığını da çatdırıb. Təxt-Rəvançi bu cür planların olmayacağını və onların "faydasız hərəkət" sayıldığını vurğulayıb.
O əlavə edib ki, ABŞ-nin İranla danışıqları bərpa etmək istədiyi barədə də məlumatlar alınıb. Lakin hələlik belə danışıqlar üçün konkret tarix müəyyən edilməyib və hansı məsələlərin müzakirə olunacağı da bilinmir.
Diplomat bildirib ki, ABŞ gələcəkdə İrana qarşı hərbi hücumdan çəkinəcəyi ilə bağlı rəsmi mövqeyini də hələlik açıqlamayıb.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Xamenei,Hücum,Todaypress.tv,