İndoneziyada Levotobi vulkanı püskürdü
Dünya
29.09.2025 09:35
İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanı yenidən püskürüb.
TodayPress TV yerli mediaya istinadla xəbər verir ki, vulkan 21-ci dəfə püskürüb.
Məlumata görə, kül və tüstü 1500 metr yüksəkliyə qalxaraq qərb və cənub-qərb istiqamətində yayılıb.
Levotobi vulkanı iki zirvədən ibarətdir. Daha aktiv olan Laki-Laki zirvəsi 1584 metr, digər zirvə Perempuan isə 1703 metr hündürlükdə yerləşir.
Mütəxəssislər yerli sakinləri və turistləri təhlükəsizlik qaydalarına əməl etməyə, maska və respiratorlardan istifadə etməyə çağırıb.
Qeyd edək ki, İndoneziya dünyada ən çox vulkana sahib ölkələrdən biridir. Burada 500-dən çox vulkan var, onlardan 130-u aktiv sayılır. Ölkə Sakit okeanın "Od halqası" adlanan seysmik fəal zonasında yerləşir.
Türkan İsgəndərli
tag: Vulkan,İndoneziya,Partlama,Lava,Todaypress.tv,
 
        
 
                                ![Ermənistanda virusa yoluxanların [[sayı artır]]](/uploads/news/68b53fcf7a7a3.webp) 
                                            ![[[Qızılın qiyməti]] rekord həddə çatdı](/uploads/news/68e5ce1045b44.webp) 
                                            ![Tbilisidə Rusiya bayrağı ilə bağlı [[qalmaqal səngimir]]](/uploads/news/683844a5dbf65.webp) 
                                             
                                            ![Cənubi Koreya və Vyetnam iqtisadi əməkdaşlığı [[genişləndirir]]](/uploads/news/68999cdd3b4b8.webp) 
                                            ![Ukrayna son sutkada [[1345 hərbçi]] itirdi](/uploads/news/6828d15f8ea26.webp) 
                                            ![[[Husilər]] İsraillə bağlı vacib qərar açıqladı](/uploads/news/68ea365380c48.webp) 
                                            ![Texasda daşqın nəticəsində ölənlərin [[sayı artır]]](/uploads/news/686a089ca6899.webp) 
                                            ![[[Litva Belarusa]] etiraz notası göndərdi](/uploads/news/688ce5aa25e64.webp) 
                                            ![Niderlandın [[XİN rəhbəri istefa]] verdi](/uploads/news/68a8c06130407.webp) 
                                            